17 
İyl
2017
22:14
9
52
2566
Virtual karabakh

Britaniya mətbuatı: “Müsəlman qadınlar üçün beyin coşduran halal seks kitabı”

“The Observer” yazır ki, Ümm Mülazat sensasiyalı kitabı təzəcə ərə getmiş bir rəfiqəsinin fəlakətli seks həyatı barədə eşidəndən sonra yazmaq qərarına gəlib.

Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, məqalədə deyilir ki, ötən həftə çap olunmuş “Müsəlman qadınlar üçün seks əl kitabı: Beyin coşduran seks üçün halal qaydalar” (The Muslimah Sex Manual: A Halal Guide to Mind Blowing Sex) müsəlman qadın tərəfindən yazılmış ilk təlimat kitabıdır. Məhz buna görə də müəllifin kitabın üz qabığındakı adı uydurmadır.

“The Observer” yazır ki, bu kitabda öpüşdən tutmuş daha mürəkkəb intim vəziyyətlərə qədər hər bir şey müsəlman qadınlar üçün məqbul və gərəkli hesab olunur. Kitabın başlıca mesajı budur ki, intim münasibətlərdə müsəlman qadın aparıcı rolu oynamalıdır.

Kitab bəzi dairələrdə əxlaqsızlığın təbliği kimi tənqid olunsa da, oxucuların böyük bir qismi tərəfindən alqışlanıb və onu hətta “Müsəlman Belle De Jour”u adlandıranlar da olub.

“Mən həm tərifli, həm də əhəmiyyətli sayda təhqiramiz və hətta ikrah doğuran mesajlar almışam, - deyir Mülazat, - Bir qadın yazır ki, bizə belə şeylər lazım deyil, bizə lazım olanı anamızdan öyrənirik”. Mən inanmıram ki, hər hansı ana bu barədə qızı ilə tam açıqlığı ilə söhbət etsin”.

Müəllif inandırmağa çalışır ki, o ən müxtəlif seks növləri barədə yalnız qadının öz əri ilə təcrübələnməsi üçün yazıb. 

Mülazat bildirir ki, islami baxımdan da nikah daxilində fiziki yaxınlıq günah sayılmır.

“Qadının haqqıdır ki, ər onun seksuallığını təmin edə bilsin” - deyir müəllif.

“The Observer” qəzetinin yazdığına görə, müsəlman qadın təşkilatları bu kitabı təqdir edirlər və bildirirlər ki, belə bir vəsait qadınları zorakılıqlı seksual münasibətlərdən qoruya bilər.

Britaniyadakı Muslim Women's Network UK təşkilatının sədri Şayista Gohir “müsəlman qadınlar üçün qaynar xətt” yaradıb.

“Mən istəyirəm ki, bütün qadınlar seks haqqında danışsınlar, - deyir Gohir, - Niyə də yox? İslamda seks barədə söhbətlər aparmaq yeni bir şey deyil. Qədim üləmalar da qadının seksual həzz almasının mühümlüyündən yazıblar. Həmin üləmalar qadınların ərlərini buna diqqət etməyə çağırıblar”.

Gohir “The Observer” qəzetinə deyib ki, praktikada seks yalnız kişiləri məmnun edən bir şey kimi başa düşülür.

Ekspert bildirir ki, onun yaratdığı qaynar xəttə çox sayda qadınlardan şikayətlər daxil olur. Onlar iradələri xaricində seksə məcbur edilmədən, zorlanmadan, sadəcə bir ət parçası kimi istifadə olunmalarından şikayət edirlər.

“Problem düşünüldüyündən böyükdür” - deyir Şayista Gohir.

Mülazat bildirir ki, onu bu kitabı yazmağa vadar edən, qadınlar üçün keyfiyyətli təlimat vəsaitlərinin olmamasıdır. 

Müsəlman qadınlar üçün yazılmış vəsaitlərdə söhbət icazə verilənlərdən daha çox qadağan olunanlardan gedir.

Müəllif qeyd edir ki, evlənən müsəlman gənclər adətən seks haqqında bir iki təməl anlayışa malik olurlar. Onun sözlərinə görə qalan mühüm təfərrüatlar müasir islami kitablarda yoxdur.

Məqalədə deyilir ki, bu kitab fərqli mədəniyyətlərdən doğan bir sıra yanlış konsepsiyaları, xürafatları üzə çıxarır.

Gohir isə deyir ki, müsəlman mədəniyyətlərində seksin günah bir əməl olduğu insanların beyninə uşaq yaşlarından yeridilir. Seks iyrənc bir anlayış kimi izah edilir və qadının seksual baxımdan nəzarət və itaət altında olması aşılanır.

Mülazat bu qənaətdədir ki, İslam ədəbiyyatında hansı seksual hərəkətlərin halal olduğu barədə çaşdırıcı məqamlar var.

“Buna görə də müsəlman qadınların evdən kənardakı həyatları müxtəlif mədəniyyətlərdə fərqli olsa da, onların yataq otağında üzləşdikləri təcrübə eynidir” - deyir Mülazat.

Kitaba maraq o qədər böyük olub ki, Mülazat ayrıca internet səhifəsi yaradıb və kitabın davamını yazmaq niyyətindədir. Maraqlıdır ki, bu sayta çox sayda kişilər də müraciət edir.

“Mən müsəlman qadınlar üçün nəzərdə tutulmuş heç bir seks təlimatı ədəbiyyatına rast gəlməmişəm. Nikah və evlilikdən danışan çox sayda kitab var, lakin evlilik həyatına ədva qatan seks həyatında halal qalmağın qaydasını öyrədən vəsaitlər yoxdur” - deyir müəllif.

Mülazat bildirir ki, kişi oxucuların xahişlərini nəzərə alaraq onlar üçün ayrıca vəsait yazmaq niyyətindədir.

Müəllif adını gizli saxlamaq istəyini onunla izah edir ki, əlbəttə qismən qorxur, lakin ən əsası özünün yaşadığı sərt mühafizəkar icmada “seks kitabları yazan xala” kimi tanınmaq istəmir.

“Əvvəlcə elə düşünürdüm ki, adımı açıq versəm, kitabın sanbalı artar, amma sonradan fikrimi dəyişdim. Bilirəm ki, kitaba hücum edənlər onun müəllifinə də hücum etmək istəyəcəklər. Bu, həssas məsələdir”, - deyir müəllif.

Lakin hər halda kimliyinə bir qədər aydınlıq gətrimək istəyir. Deyir ki, Amerikada doğulub, ixtisasca fizioloqdur. Bunu da gizlətmir ki, kitab onun özünün nikah daxilindəki seksual təcrübələrinə əsaslanır. Əlbəttə, rəfiqələrinin və dostlarının da məsləhətləri nəzərə alınıb.

“Mənim ən böyük inamım budur ki, bilik təcrübə ilə qazanılır. Həkim biologiyanı çox yaxşı izah edə bilər, lakin əgər siz bədəninizin gözəl olmasını isəyirsinizsə, məsləhəti kök həkimlərdən yox, vücud ustalarından almalısızınız”, - deyir müəllif.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri