21 
İyl
2017
11:14
5
66
4091
Virtual karabakh

Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir

21 İyl, 2017
11:14
4091

Zülal və karbohidratların birgə istifadəsi təhlükəlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlər zülal və karbohidratların eyni zamanda istifadəsinin təhlükəli ola biləcəyinin səbəblərini açıqlayıblar. Belə ki, bu qarışıq orqanizmdə neqativ təsirlərə, qida alışqanlıqlarında dəyişikliklərə və orqanizmdə piyin yığılmasına gətirib çıxara bilər. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq tədqiqat “BMC Nutrition” jurnalında dərc edilib. 

Zülalların və karbohidratların birləşməsi piylərin parçalanması prosesini ləngidir, bu zaman nə qədər çox protein istifadə edilərsə (şəkər ilə birgə), bir o qədər az lipeid yaranır. Qidanın ümumi kalorisinin yüksəldilməsi, qidada olan enerjinin proporsional mənimsənilməsinə yol açmır.   

Tədqiqatçılar 13 qadın və 14 kişini müşahidə edərək bu nəticəyə gəliblər. Onların hamısı sağlam və orta yaş həddi 23-dür. Eksperiment iki mərhələdən ibarət olub və hər biri 24 saat çəkib. Birinci mərhələdə iştirakçılar səhər və naharda 15 faiz zülalın olduğu iki pay yemək yeyiblər, ikinci mərhələdə zülalların miqdarı iki dəfə artırılıb.  Bütün yeməklər eyni ərzaqlardan ibarət olub, bura 500 kilokalori qida dəyəri olan 17 qram yağ daxil olub. İştirakçılar yeməklərdən biri ilə tərkibində şəkər olan içki də içiblər. Müşahidələr kilokalorilərin sərf edilməsinə nəzarətin mümkün olduğu xüsusi məkanda aparılıb. 

Mütəxəssislər şəkər qatılmış içkilərdən alınan kalorilərin üçdə birinin orqanizmdə sərf edilmədiyini qeydə alıblar, bu isə piylərin parçlanması prosesini ləngidir. Nəticədə isə maddələr mübadiləsi üçün lazım olan summar enerjinin azalmasına gətirib çıxarır. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri