21 
İyl
2017
12:45
25
148
3773
Virtual karabakh

Naməlum şəxs Putinin saatını bir milyon avroya aldı

21 İyl, 2017
12:45
3773

Naməlum şəxs Putinin saatını bir milyon avroya aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Monaco Legends” hərrac evi əvvəlki sahibi olaraq Vladimir Vladimiroviç Putin kimi qeyd olunmuş bahalı saatın satışı barədə məlumat yayıb.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, nadir “Patek Philippe Triple Complication” saat modelini naməlum alıcı əldə edib.

BBC-nin rus xidməti bildirir ki, saat hərracın elə birinci günündə satılıb. 239 saylı lot (“Patek Philipp Platinum Vladimir Putin” saatı) iyulun 19-da 1 milyon 54 min avroya alıcısını tapıb.

“Putinin saatı”nın yeni sahibinin adı gizli saxlanılır. “Monaco Legends Motors”un sədri Klod Koenin sözlərinə görə, onlar bu informasiyanı bölüşə bilməzlər.

Hərrac başlamazdan əvvəl məlumat verilib ki, saatın keçmiş sahibi Rusiya prezidentinin tam adaşıdır.

“5208P Triple Complication” saatı olduqca nadir tapılan modeldir, belə ki, onu məhdud sayda istehsal edirlər. Bu saat yalnız xüsusi sifarişlə və məxsusi müştərilərin istəyi əsasında hazırlanır. Onun qiyməti 850 min avro ilə 1 milyon 500 min avro arasında dəyişir.

Kremldə saatın Putinə aid olması ilə bağlı iddiaları “uydurma” adlandırıblar.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri