23 
İyl
2017
12:57
17
269
9109
Virtual karabakh

Rusiyada avtobus uşağı yol ilə sürüyüb – VİDEO

23 İyl, 2017
12:57
9109

Rusiyada avtobus uşağı yol ilə sürüyüb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Norilsk şəhərində sərnişin avtobusu ayağı qapıda qalan dördyaşlı qızı yolda bir neçə metr özü ilə sürüyüb. Uşaq sıyrıntı və yaralarla xəstəxanaya çatdırılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Krasnoyarsk vilayəti üzrə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Hadisə qız anası ilə avtobusa minən zaman baş verib. O, ayağını avtobusun pilləkəninə qoyan zaman qapılar bağlanıb və nəqliyyat vasitəsi yerindən tərpənib.

Sürücü avtobusu hadisə şahidlərinin onun ardınca qaçdığını gördükdən sonra saxlayıb.

Onun barəsində zərərçəkmişin sağlamlığına orta-ağır ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydasının pozulmasına görə protokol tərtib olunub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri