24 
İyl
2017
13:35
77
37
2183
Virtual karabakh

Dağıstanda naziri oğurlayanlar həbs edildi

24 İyl, 2017
13:35
2183

Dağıstanda naziri oğurlayanlar həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda nazirin oğurlanmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovun oğurlanmasında şübhəli bilinən iki Mahaçqala sakini tutulub.

İstintaqın məlumatına görə, iyulun 20-də naməlum şəxslər məmuru silahla hədələyərək oğurlayıblar. Ertəsi günü cinayətkarlar məmurun azad olunması müqabilində ödənilən məbləğin bir hissəsini - 30 milyon rublu alarkən saxlanılıblar.

Nazirin azad edilməsi əməliyyatında DİN, Federal Təhlükəsizlik Xidməti (FTX) və "Rosqvardiya"nın əməkdaşları iştirak edib.

Adam oğurluğu, soyğunçuluq və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri