24 
İyl
2017
15:37
77
7
1322
Virtual karabakh

Çexiyada donorlara əlavə imtiyazlar təqdim ediləcək

24 İyl, 2017
15:37
1322

Çexiyada donorlara əlavə imtiyazlar təqdim ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildən etibarən Çexiyada donorlara əlavə imtiyazlar təqdim ediləcək. Hər dəfə təmənnasız qan verərkən vergi rüsum bazasından 2 deyil, 3 min kron, sümük iliyi üçün isə 20 min kron çıxa bilərlər. 

Oxu.Az vinegret.cz-a istinadən xəbər verir ki, qanuna müvafiq düzəlişlər respublika Senatı tərəfindən qəbul edilib.  

Sənəddə daha bir mühüm yenilik var. Çexiya qan donorları reyesterində qeydiyyatdan keçən hər bir şəxs vergi rüsum bazasından 8 min kron çıxa bilər. Amma bunu yalnız bir dəfə etmək mümkündür. 

Yeni imtiyazlardan 2017-ci il üçün deklarasiya təqdim edilərkən istifadə etmək mümkündür. Qanuna dəyişiklikliyin məqsədi əhalini qan donoru olmaq üçün motivasiya etməkdir. Hazırda Çexiyada 270 min donor var, bu isə əhalinin 2,5%-ni təşkil edir. Bu, Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi saydan iki dəfə azdır. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri