25 
İyl
2017
03:00
238
31
4293
Virtual karabakh

Ərdoğan: İsrail atdığı addımlarla səhvə yol verir

25 İyl, 2017
03:00
4293

Ərdoğan: İsrail atdığı addımlarla səhvə yol verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. “Əl-Aksa” məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri