24 
İyl
2017
22:44
21
210
4322
Virtual karabakh

Məşhur filosof suda boğulan uşaqları xilas edərkən ölüb

24 İyl, 2017
22:44
4322

Məşhur filosof suda boğulan uşaqları xilas edərkən ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada 53 yaşlı filosof və yazıçı Anna Dyufurmantel suda boğulan iki uşağı xilas etmək istəyərkən ölüb. 

Oxu.Az-ın Independent nəşrinə istinadən xəbərinə görə, faciəvi hadisə Pampelon çimərliyində baş verib. 

Uşaqlara kömək etmək istəyən qadını güclü axın aparıb. 

Sonradan uşaqların köməyinə xilasedicilər çatıblar. Hazırda onların vəziyyəti normaldır. 

Qeyd edək ki, Dyufurmantel hesab edirdi ki, risk və təhlükə müasir həyatın ayrılmaz hissəsidir. O, risklərin təbiəti barədə bir neçə kitab da yazıb.

“Müasir dövrdə özünü təhlükəsiz hiss etmək mümkün deyil. Təhlükəsizlik - komfort illüziyadan başqa bir şey deyil. Yaşamaq böyük riskdir”, - yazıçı müsahiblərinin birində deyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri