25 
İyl
2017
01:01
29
199
5937
Virtual karabakh

ABŞ Türkiyədən izahat tələb etdi

25 İyl, 2017
01:01
5937

ABŞ Türkiyədən izahat tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini hansı niyyətlə almaq istədiyini izah etməlidir.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Pentaqon nümayəndəsi Ceff Devis jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə NATO-nun müttəfiqidir. Bizim münasibətlərdə əsas məsələlərdən biri də, silahların uyğunlaşdırılmasıdır. Rəsmi Ankara bu qərarını izah etməlidir”, - deyə C.Devis bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını bildirib:

“Onlar niyə narahatdırlar? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müvafiq qərarlar verir. Narahatçılıq üçün heç bir səbəb yoxdur”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri