25 
İyl
2017
14:26
232
29
14716
Virtual karabakh

Azərbaycanlı uşaq sualı ilə Putini güldürdü - VİDEO + FOTO

25 İyl, 2017
14:26
14716

Azərbaycanlı uşaq sualı ilə Putini güldürdü - VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı şagirdin NTV telekanalının canlı yayımında Rusiya prezidenti Vladimir Putinə verdiyi sual marağa səbəb olub.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, NTV-də yayımlanan, azərbaycanlı olan İradə Zeynalovanın “Nedetskiy razqovor s Vladimirom Putinım” proqramında Mariya Ağayeva prezidentdən uşaqlıqda dəcəllik edib-etmədiyini soruşub.

“Uşaq vaxtı siz nadinclik, dəcəllik etmisiniz?”, - deyə M.Ağayeva sual verib.

Bu sual Putin üçün gözlənilməz olub və Rusiya prezidenti gülümsəyərək uşaq vaxtı dəcəllik etdiyini bildirib.

Qeyd edək ki, Mariya Ağayeva amor.az saytına müsahibəsində bildirib ki, atası Ruslan Ağayev azərbaycanlıdır və o, Bakıda anadan olub.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri