25 
İyl
2017
16:58
384
48
5601
Virtual karabakh

Ərdoğan dünya müsəlmanlarına çağırış etdi

25 İyl, 2017
16:58
5601

Ərdoğan dünya müsəlmanlarına çağırış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib.

Bu barədə Oxu.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

“Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir” — Ərdoğan bildirib.

Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: “Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər”.

Ərdoğan, Fələstin-İsrail problemində yeganə həll yolunun, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı şərqi-Qüds olan Fələstin və paytaxtı Təl-Əviv olan İsrail dövlətlərinin qurulmasından keçdiyini bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri