26 
İyl
2017
11:03
186
24
3539
Virtual karabakh

Ermənistanda itkin düşdüyü elan edilən dövlət məmurunun meyiti tapıldı

26 İyl, 2017
11:03
3539

Ermənistanda itkin düşdüyü elan edilən dövlət məmurunun meyiti tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyanın meyiti tapılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, müşavirin meyiti bu ölkənin Föqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Dalrik kəndi ərazisində aşkar olunub.

Məlumata görə, polis 52 yaşlı müşavirin qətlə yetirilməsindən şübhələnir. Onun meyitinin başı dəmir məftillərlə daşa dolanmış vəziyyətədə tapılıb.

Məhkəmə tibbi ekspertizası onun bir neçə gün əvvəl öldürüldüyünü ehtimal edir.

Qeyd edək ki, ötən gün Ermənistanın Armavir vilayəti qubernatorunun müşaviri Manuk Simonyan itkin düşdüyü haqda məlumat yayılmışdı. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri