26 
İyl
2017
12:05
61
44
4528
Virtual karabakh

Almaniyada azərbaycanlı kapitan saxlanıldı

26 İyl, 2017
12:05
4528

Almaniyada azərbaycanlı kapitan saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada su polisi Bremerhaffen şəhərinin limanında lövbər salmış, Panama bayrağı altında quru yük daşıyan 177 metrlik gəmini saxlayıb. 

Oxu.Az-ın məlumatına görə, müstəntiqlər gəminin göyərtəsinə qalxanda ekoloji normaların ciddi pozuntusuna yol  verildiyini müəyyən ediblər. Belə ki, gəmidə neft tullantıları aşkar olunub. Qanuna əsasən, alman limanlarına belə tullantılarla daxil olmaq qəti qadağandır.

Almaniyanın su polisi cinayət işinə başlayıb və gəminin kapitanını – 53 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Hazırda o, 10 min avro zamin verərək azad olunub.

Quru yükün və azərbaycanlı kapitanın gələcək aqibətini məhkəmə müəyyən edəcək.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri