26 
İyl
2017
12:09
77
120
5830
Virtual karabakh

KİV: Homoseksuallar ordusu İŞİD-lə döyüşəcək – VİDEO

26 İyl, 2017
12:09
5830

KİV: Homoseksuallar ordusu İŞİD-lə döyüşəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

LGBT fəalları “İslam ordusu” terror qruplaşması ilə mübarizə edəcək qoşun yaradıblar. 

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə  “Newsweek”  nəşri məlumat yayıb. Yeni yaradılan ordu özünü Homoseksualların Qiyamçı Qurtuluş Ordusu (TQİLA) adlandırıb. 

Hələlik TQİLA-da nə qədər döyüşçü olduğu bilinmir. TQİLA özü isə artıq Rakkadakı döyüşlərdə iştirak etdiyini açıqlayıb.

TQİLA yalnız İŞİD-lə deyil, ümumiyyətlə, “faşizmin bütün növ təzahürü ilə” mübarizə aparacağını bəyan edib. Təşkilat həmçinin qadın inqilabı və seksual inqilab ideyalarının ona yad olmadığını da elan edib. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri