26 
İyl
2017
12:47
31
152
1531
Virtual karabakh

KİV: ABŞ kəşfiyyatı Venesuela prezidentini devirmək istəyir

26 İyl, 2017
12:47
1531

KİV: ABŞ kəşfiyyatı Venesuela prezidentini devirmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Mayk Pompeo kəşfiyyat idarəsinin Venesuelada hakimiyyəti dəyişmək üzərində işlədiyinə və bunun üçün iki ölkə ilə əməkdaşlıq etdiyinə işarə edib.

Bu barədə Oxu.Az İndependent-ə istinadən xəbər verir.

“Biz ümid edirik ki, Venesuelada hakimiyyət dəyişəcək, biz, MKİ, oradakı dinamikanı başa düşmək üçün əlimizdən gələni edirik. Mən bir həftə bundan qabaq Mexiko və Boqotedə olmuşam və onların ərazisi, eləcə də, bütün dünya üçün nəticələri daha yaxşı anlasınlar deyə, regiondakı prosesləri başa salmağa çalışmışam”, - MKİ-nin başçısı Aspen Institute analitika mərkəzinin təşkil etdiyi təhlükəsizlik məsələləri üzrə forumda bildirib.

Venesuela lideri Nikolas Maduro MKİ başçısının bu bəyanatına cavab olaraq TeleSur kanalına müsahibəsində bildirib ki, MKİ və ABŞ hökuməti Venesuelanın legitim hökumətinin devrilməsi üçün Meksika və Kolumbiya ilə əməkdaşlıq edir. 

“Mən Meksika və Kolumbiya hökumətindən MKİ-nin bəyanatına aydınlıq gətirməyi tələb edirəm və diplomatik tədbirlər görməyə hazırlaşıram”, - deyə Maduro bildirib

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri