26 
İyl
2017
19:29
145
283
18007
Virtual karabakh

İranın “simvolu” əlində pivə ilə görüntüləndi

26 İyl, 2017
19:29
18007

İranın “simvolu” əlində pivə ilə görüntüləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran dövlət televiziyasının “ulduzu” Azadə Namdarinin İsveçrədə istirahət zamanı əlində pivə ilə fotosu yayılıb.

Oxu.Az-ın xəbərinə görə, Namdari İslam həyat tərzinin tərəfdaşı kimi tanınır. O, həmişə hicab geyinir və öz müsahibələrində İslam dininin üstünlüklərindən danışır. 

Aparıcının sözlərinə görə, hicab geyinən qadın özünü təhlükəsizlikdə hiss edir və kişilərin hörmətini qazanır.

Fotonun yayılmasından sonra iranlılar Azadəni ikiüzlülükdə ittiham ediblər. 

Namdari isə sosial şəbəkələrdəki təhqirlərə cavab olaraq bildirib ki, o yaxın qohumları ilə istirahətdə olub və foto çəkilən zamanı hicab çiynindən düşüb.

Aparıcı niyə pivə içdiyini barədə sualları cavabsız qoyub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri