26 
İyl
2017
21:21
46
252
19001
Virtual karabakh

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi – FOTO

26 İyl, 2017
21:21
19001

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollandiyalı pilot Xristian van Haydcst Honkonq-Bakı aviareysi zamanı Çin tərəfindən buraxılan ballistik raketi lentə alıb.

Oxu.Az-ın Daily Mail-ə istinadən xəbərinə görə, görüntülər bazar günü, iyulun 23-də, Boeing 747-8 laynerinin göyərtəsindən Himalay dağları üzərindən uçarkən çəkilib.

“Biz üfüqdə ölçüsü dayanmadan böyüyən ləkə gördür. Əvvəlcə o hava şarına bənzəyirdi, lakin yaxınlaşdıqca mən raketin kontrastını tanıdım. Mən əvvəllər bunu dəfələrlə foto və videolarda görmüşdüm.

Biz bilirdik ki, Çin hava məkanının bir hissəsi bağlıdır, lakin bu barədə rəsmi xəbərdarlıq olunmayıb. Bu səbəbdən baş verənlər bizim üçün gözlənilməz oldu”, - pilot deyib.

Van Haydcstın sözlərinə görə, raket onların üzərindən yüksək hündürlükdə keçib.

“Bildiyimə görə, biz həmin ərazidən uçan yeganə təyyarə idik”, - o qeyd edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri