27 
İyl
2017
10:34
11
143
1894
Virtual karabakh

Qazaxıstanda təyyarə qəzaya uğrayıb: Ölənlər var

27 İyl, 2017
10:34
1894

Qazaxıstanda təyyarə qəzaya uğrayıb: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Almatı vilayətində “Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.

İnformasiyaya əsasən, təyyarə “Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırığı icra edirmiş. “Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.

Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri