27 
İyl
2017
10:47
156
25
11232
Virtual karabakh

Saakaşvilidən Poroşenkoya cavab - VİDEO

27 İyl, 2017
10:47
11232

Saakaşvilidən Poroşenkoya cavab - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Ukraynanın  Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

“Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq! Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”,- Saakaşvili qeyd edib.

O, qanunda nəzərdə tutulan  imkanlardan  istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri