Avq
2017
15:13
138
28
1709
Virtual karabakh

Mayk Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

1 Avq, 2017
15:13
1709

Mayk Pens: “Tramp və mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək istəyən ölkələrə hər zaman sərt cavab verəcək”.

Oxu.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.

M. Pens Gürcüstanda çoxmillətli hərbi təlimlərin keçirildiyini xatırladaraq bildirib ki, bu, Gürcüstana öz müdafiə qabiliyyətini artırmağa imkan verir və ABŞ-ın dəstəyinə dair nümunələrdən biridir: “Prezident Tramp və mən Gürcüstanın NATO üzvü olacağına dair 2008-ci il Buxarest sammitinin bəyanatını dəstəkləyirik. Gürcüstanın bir sıra NATO ölkələrini ötərək öz Ümumi Daxili Məhsulunun 2 faizini hərbi sahəyə ayırması da çox müsbətdir. Bu, ölkənin ağır reallığı ilə bağlıdır”.  

M. Pens Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu və 40 km aralıda Rusiya tanklarının dayandığını vurğulayıb: “Bir daha qeyd edirəm ki, ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Təhlükəsizlik sahəsində əməkdaşlıqdan başqa, biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. ABŞ yeni yollar axtarışını davam etdirəcək və bunun nəticəsində biz nəinki Gürcüstanın müdafiə qabiliyyətini möhkəmləndirəcəyik, eyni zamanda, iqtisadi dəstək də verəcəyik, bu isə yeni iş yerlərinin yaranmasına, iqtisadi inkişafa kömək edəcək. Və mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri