10 
Avq
2017
09:45
110
40
2801
Virtual karabakh

Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə zərbələr endirməyi planlaşdırır

10 Avq, 2017
09:45
2801

Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə zərbələr endirməyi planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, “B-1B Lancer” bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla, Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.

Sakit okeanın qərbindəki Quam adasında ABŞ-ın “Andersen” hərbi hava və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.

Bundan əvvəl Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri