11 
Avq
2017
01:31
38
105
2070
Virtual karabakh

Tehranın yeni meri seçilib

11 Avq, 2017
01:31
2070

Tehranın yeni meri seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhəmmədəli  Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bununla da o Tehranın 16-cı meri oldu.

Məhəmmədəli Nəcəfi “İslaahat” düşərgəsindən olan 66 yaşlı siyasətçidir.  Prezident Həsən Ruhaninin ilk dövlət rəhbəri dövründə o prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb.  M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir ki, prezident seçkilərində  hazırkı prezident Həsən Ruhanin əsas  rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri