11 
Avq
2017
02:57
98
27
2640
Virtual karabakh

Tramp diplomatik missiyanın azaldılmasına görə Putinə təşəkkür edib

11 Avq, 2017
02:57
2640

Tramp diplomatik missiyanın azaldılmasına görə Putinə təşəkkür edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayının azaldılmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, D.Tramp bunu Vaşinqtonun xərcləri azaltmaq niyyətində olması ilə əlaqələndirib.

“Putinə minnətdarlığımı bildirmək istərdim, çünki biz heyətlə bağlı xərclərimizi azaltmağa çalışırıq. Mənə gəlincə, onun bu qədər adamı işindən kənarlaşdırmasına şadam, çünki ştat sayı  artıq xeyli azalıb. Onların geri qaytarılmasına heç bir səbəb yoxdur”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəsinə qadağa qoyulub.  

V.Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib.  Bu addımlar Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanun qəbul etməsinə cavab olaraq atılıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri