11 
Avq
2017
13:22
126
19
3107
Virtual karabakh

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirib - VİDEO

11 Avq, 2017
13:22
3107

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, nın xəbərinə görə, ölkə xaricində çalışan amerikalı diplomatlardan biri prezidentin sözlərini hiddətləndirici adlandırıb.

O qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər: “Bu, təhlükəli situasiyada ölkəsinə xidmət edən insanlara qarşı görünməmiş şəkildə hörmətsiz və ruhdan salan bir davranışdır”. 

Adının çəkilməsini istəməyən başqa bir əməkdaş Trampın bəyanatının çoxlarını çaşdırdığını söyləyib: “Mən zarafat etmirəm, bu barədə son 5 dəqiqədə mənə 3 nəfər dedi. Hər kəs heyrətlənib. Bu, bizim yerlərdəki bütün əməkdaşlarımıza qorxunc siqnaldır”.

“Putinə təşəkkür?! Mən sadəcə olaraq, öz reaksiyamı sizin yaza biləcəyiniz sözlə ifadə edə bilmirəm”, - deyə başqa bir diplomat hiddətini dilə gətirib. 

ABŞ dövlət katibinin sabiq müavini Nikolas Berns isə prezidentin sözlərini utandırıcı adlandırıb: “O, Putinin amerikalı diplomatlarla axmaq davranışına bəraət qazandırır”. 

Xatırladaq ki, D. Tramp Rusiyadakı ABŞ diplomatik missiyalarının əməkdaşlarını 755 nəfər azaltdığına görə Vladimir Putinə təşəkkür edib. Onun sözlərinə görə, bu addım Vaşinqtona imkan verəcək ki, əmək haqlarına ayrılan vəsaitə qənaət etsin. Tramp bunu zarafatla, yoxsa ciddi söylədiyinə dair hər hansı izahat verməyib.

İ.F.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri