11 
Avq
2017
15:00
44
130
10061
Virtual karabakh

Ərəb teleaparıcı bu hərəkətinə görə həbs olundu - VİDEO

Səudiyyə Ərəbistanının ən məşhur teleaparıcılarından biri, müğənni Abdulla əl Şəhani həbs olunub. O, "ictimai yerdə mənəviyyatsız, əxlaqsız və tərbiyəsiz hərəkət" etməkdə suçlanır.

Oxu.Az milli.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının cənub-qərbindəki Taif şəhərində konsert zamanı Abdulla əl Şəhani səhnədə "dabbinq" hərəkətini yerinə yetirib.

"Dabbinq" dünyada geniş yayılmış, populyar hərəkətdir və qələbə sevincini izhar edir.

Səudiyyə Ərəbistanının DİN-i isə bu hərəkəti "narkotik maddələrin və narkomaniyanın təbliğatına yönələn, əxlaqsız hərəkət" kimi dəyərləndirib.

Teleaparıcı "Twitter"dəki profilində üzr istəyib: "Bu hərəkətimə görə çox hörmətli və müdrik hökumətimizdən, tamaşaçılarımdan üzr istəyirəm. Lütfən, məni bağışlayın".

Səudiyyə Ərəbistanının tanınmış jurnalistlərindən olan Əyyad əl Əyyad isə olayı belə dəyərləndirib: "O konsertdə qadınlar da çığırırdılar. Bu, biabırçılıq idi və məni narahat edir. Qanunu pozanlar həbs olunmalıdır. Polisə minnətdaram".

A.H.

www.oxu.az

Digər Dünya xəbərləri