14 
Avq
2017
18:50
183
36
3293
Virtual karabakh

Bill Qeyts “Instagram”da səhifə açdı

14 Avq, 2017
18:50
3293

Bill Qeyts “Instagram”da səhifə açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft”un yaradıcısı Bill Qeyts “Instagram”da səhifə açıb.

Oxu.Az-ın lent.az-a istinadən xəbərinə görə, dünyanın ən zəngin insanının profilində bildirilir ki, o, öz xeyriyyə fondunun fəaliyyəti və öz maraqları barədə danışmaq fikrindədir. 

B.Qeytsin ilk paylaşımı Tanzaniya səfəri ilə bağlı olub. İş adamı 3 foto yerləşdirib və Muxeza əyalətində məktəblilərlə etdiyi nahar barədə məlumat verib.

Qısa müddətdə səhifəni bəyənənlərin sayı 100 mini ötüb. Səhifə (@thisisbillgates) verifikasiya işarəsinə malikdir.

B.Qeyts isə 25 akkauntu, o cümlədən həyat yoldaşı Melinda Qeyts, “Facebook” rəhbəri Mark Zukerberq, “Instagram”ın həmtəsisçisi Mayk Kriger, məşhur tennisçi Rocer Federer, Nyu-Yorkun sabiq meri Maykl Blumberqin, eləcə də, bəzi xeyriyyə qurumlarının səhifələrini izləyir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri