16 
Avq
2017
03:11
11
213
2043
Virtual karabakh

Nigeriyada terrorçu qadın özünü partladıb, 27 nəfər ölüb

16 Avq, 2017
03:11
2043

Nigeriyada terrorçu qadın özünü partladıb, 27 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyada kamikadze terrorçu qadının özünü bazarda partlatması nəticəsində azı 27 nəfər ölüb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  insident ölkənin şimal-şərqindəki Mayduquri şəhərinin yaxınlığında yerləşən Konduqa kəndində baş verib.

Məlumata əsasən, daha iki kamikadze özünü bazarın yaxınlığındakı qaçqın düşərgəsinin darvazası qarşısında partladıb.

Sonrakı partlayışlar nəticəsində ölən olmayıb. Son xəbərə görə, 83 nəfərin yaralandığı bildirilir.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri