16 
Avq
2017
08:50
29
71
1639
Virtual karabakh

ABŞ-da onlarla insan dəm qazından zəhərləndi

16 Avq, 2017
08:50
1639

ABŞ-da onlarla insan dəm qazından zəhərləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nyu-Cersi ştatının Flanders şəhərində onlarla insan dəm qazından zəhərlənib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, polis və yanğınsöndürənlər Fennimor Kortda, evdə bir neçə insanın huşunu itirməsi barədə məlumat alıblar. Hadisə yerinə ilk gələn xilasedicilər evdən huşunu itirmiş 8 nəfəri çıxarıblar. Sonra məlum olub ki, zərərçəkənlərin sayı bundan da çoxdur.

Zəhərlənənlərdən 4-ü polis əməkdaşıdır. Bununla yanaşı, xilasetmə işlərində iştirak edən daha 4 polis əməkdaşı da zəhərlənib.

Hazırda dəm qazının mənbəyi müəyyənləşdirilir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri