16 
Avq
2017
09:29
25
75
2957
Virtual karabakh

Quam adası sakinlərinə səhvən təhlükə haqqında xəbərdarlıq edilib

16 Avq, 2017
09:29
2957

Quam adası sakinlərinə səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Xalq Demokratik Respublikasının raket buraxmaqla hədələdiyi Quam adasının iki radiostansiyası səhvən ada sakinlərinə təhlükə haqqında xəbərdarlıq edib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu haqda “The Guardian” qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, Quamın radio dinləyiciləri yerli vaxtla saat 00:25-də qeyri-müəyyən təhlükə barədə xəbərdar ediliblər. Qeyd edilir ki, həyəcan 15 dəqiqə davam edib.

Ada hakimiyyətinin bəyanatına əsasən, radio dinləyicilərinin təhlükə haqqında aldığı xəbərdarlıq fövqəladə vəziyyət halında əhalinin bildiriş alması sisteminin plandan kənar yoxlaması olub. Həmçinin qeyd edilir ki, hakimiyyət gələcəkdə belə hadisənin təkrarlanmayacağına əmin olmaq üçün radiostansiyaların rəhbərliyi ilə söhbət aparıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri