16 
Avq
2017
11:14
168
11
4723
Virtual karabakh

Türkiyə 10 gün bayram edəcək

16 Avq, 2017
11:14
4723

Türkiyə 10 gün bayram edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Qurban bayramını 10 gün qeyd edəcək.

Oxu.Az yenisafak.com- a istinadən bildirir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü və baş nazirin köməkçisi Bekir Bozdağ deyib.

O əlavə edib ki, işçilər maaşlarını bayramdan əvvəl alacaq.

Bekir Bozdağın sözlərinə görə, belə addımın atılması  ölkə vətəndaşlarının rahat şəkildə ailələrini ziyarət etməsini təmin etmək, həmçinin turizm sektorunu canlandırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, Qələbə bayramı və Qurban bayramı avqustun sonuna təsadüf etdiyi üçün bu qərar məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, bir müddət əvvəl ölkə prezindeti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı zamanı qeyri-iş günlərin sayının 10 günə çatdırılacağını ifadə edib.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri