Trampın “twit”lərinin karikaturalı toplusu buraxıldı - FOTO
Trampın “twit”lərinin karikaturalı toplusu buraxıldı - FOTO
ABŞ-da prezidenti Donald Trampın “twit”lərinin illüstrasiyalı toplusu satışa çıxarılıb.
Oxu.Az lent.az-a istinadən xəbəb verir ki, toplu belə adlanır: “Sh*t My President Says: The Illustrated Tweets of Donald J. Trump” (Mənim prezidentimin söylədiyi gic-gic şeylər: Donald Trampın şəkilli "twi"tləri).
İllüstrasiyalar karikaturaçı Şennon Uilerə məxsusdur. Təxminən 140 karikaturanın əks olunduğu kitab “Amazon” internet mağazasında satılır. Qiyməti 9,16 dollardır. Elektron versiya isə 7,99 dollara satılır. Annotasiyada qeyd edilir ki, prezident Franklin Delano Ruzveltin radiosu var idi, prezident Kennedinin televizoru var idi, prezident Trampın isə “Twitter”i var.
Üz qabığında dövlət başçısı böyük kresloda oturmuş qəmgin uşaq kimi təsvir olunub. Rəssam məqsədinin Trampı lağa qoymaq olmadığını söyləyib. Ş.Uilerin fikrincə, prezidentin “twit”ləri onun xarakterik xüsusiyyətlərini açmağa və başa düşməyə imkan verir: “Mən, sadəcə, onun təfəkkürünü anlamağa və illüstrasiya etməyə cəhd etdim”.
İ.F.