16 
Avq
2017
15:09
67
204
9861
Virtual karabakh

Avstraliyalı model çoxlu protein qəbul etdiyi üçün öldü – FOTO

16 Avq, 2017
15:09
9861

Avstraliyalı model çoxlu protein qəbul etdiyi üçün öldü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada qadın çoxlu protein (zülal qarışıqları əsasında hazırlanmış idman qida əlavəsi) istifadə etdiyi üçün dünyasını dəyişib.

Oxu.Az independent-ə istinadən xəbər verir ki, 25 yaşlı model Meqan Hefford evində huşsuz tapılaraq xəstəxanaya aparılıb, iki gün sonra o vəfat edib.

Xəstəxanada hakim müəyyən edib ki, model nadir xəstəlikdən əziyyət çəkirdi, belə ki onun orqanizmi proteini parçalayaraq həzm edə bilməyib. Meqan qarışda gələn yarışmaya qatılmaq üçün yüksək səviyyəli zülalları olan yeməklər, dərmanlar və proteinli idman içkisi qəbul edib. 

Hefford UCD adlı xəstəlikdən əziyyət çəkib, proteinin təsiri nəticəsində, onun qanında amiak, beynində isə su yığılıb, bunun nəticəsində onun beyni zədələnib, bu da ölümə gətirib çıxarıb. Model öz ürəyini, böyrəyini və ciyərini bağışlayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri