17 
Avq
2017
09:15
78
22
1152
Virtual karabakh

Ağ Ev rəsmisi: ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir

17 Avq, 2017
09:15
1152

Ağ Ev rəsmisi: ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.

“Biz Çinlə “iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra hegemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, hegemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək, 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, - deyə S.Bennon qeyd edib.

Avqustun 14-də prezident Donald Tramp Çinin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması barədə sərəncam verib. Çin, öz növbəsində, rəsmi Vaşinqtonu cavab tədbirləri görəcəyi ilə hədələyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri