17 
Avq
2017
09:21
17
144
983
Virtual karabakh

İŞİD İraqda polis postuna hücum etdi: Ölənlər var

17 Avq, 2017
09:21
983

İŞİD İraqda polis postuna hücum etdi: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terrorçuları İraqın Səlahəddin vilayətinin Bayci şəhərində polis postuna hücum edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İraq ordusunun zabiti Yasir ət-Temimi agentliyə verdiyi məlumatda bildirib ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışmada 7 nəfər həlak olub, 9 nəfər yaralanıb. İraqın təhlükəsizlik orqanındakı mənbə ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini xəbər verib. Hakimiyyət orqanları yerli sakinlərdən evlərini tərk etməməyi xahiş edib.

Bayci şəhəri paytaxt Bağdaddan 280 kilometr məsafədə yerləşir. Şəhər 2015-ci ildə İŞİD-dən azad edilib. Burada İraqın ən böyük neft emalı zavodu fəaliyyət göstərir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri