17 
Avq
2017
10:53
206
25
2141
Virtual karabakh

Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

17 Avq, 2017
10:53
2141

Qətər vətəndaşlarının həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətər vətəndaşları həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb.

Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.

Qəbuldan sonra Qətər vətəndaşlarının həcc ziyarəti xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri