17 
Avq
2017
11:49
367
15
4052
Virtual karabakh

Qarabağda döyüşmüş radikal solçu erməni “general” Raqqada öldürülüb

17 Avq, 2017
11:49
4052

Qarabağda döyüşmüş radikal solçu erməni “general” Raqqada öldürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyada, İŞİD-in “paytaxtı” Raqqa uğrunda gedən döyüşlərdə YPG kürd silahlı birləşmələrinin komandiri, “Orxan Bakırçıyan” ləqəbli Nubar Ozanyan öldürülüb.

Oxu.Az Virtualaz.org-a istindən xəbəb verir ki, Nubar Ozanyan Türkiyədə fəaliyyəti qadağan olunmuş Kommunist partiyasının liderlərindən biri olub, ötən əsrin 90-cı illərinin əvvəllərində (1991-1992) Qarabağda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak edib.

Terrorçu Ozanyanın neçə vaxtdır Suriyada Türkiyədən gedən PKK tərəfdarlarına təlim keçilməsinə rəhbərlik etdiyi bildirilir, o, qondarma “general” rütbəsinə də malik olub. YPG və PYD kürd birləşmələri PKK-ya bağlıdır, hazırda bu qruplaşmalar İŞİD-ə qarşı döyüşən əsas hərbi gücdür və ABŞ tərəfindən dəstəklənir. Bu yaxınlarda Pentaqon YPG və PYD dəstələrinə yüzlərlə TIR dolu silah-sursat verib. Kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansı Raqqaya hücuma keçib və şəhərin bir hissəsini nəzarət altına alaraq İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır.

Kürd mənbələri bildirir ki, Nubar Ozanyan avqustun 14-də artilleriya mərmisinin partlaması nəticəsində “faciəli şəkildə” həlak olub. Onun cəsədi parça-parça olub, bir çox parçaları tapılmayıb. Nubar Ozanyanın öldürülməsi ilə bağlı Avropa ölkələrindəki PKK tərəfdarlarına onun xatirəsini anmaq üçün tədbirlərin təşkil olunması tapşırılıb.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri