18 
Avq
2017
02:06
59
352
9942
Virtual karabakh

Barselonanın mərkəzində terror aktı: 13 ölü – YENİLƏNİB + VİDEO

18 Avq, 2017
02:06
9942

Barselonanın mərkəzində terror aktı: 13 ölü – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniya hökuməti bildirib ki, Barselonanın mərkəzində avtomobilin piyadaları vurmasından sonra 100 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara gətiriliblər.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə kataloniya polisi Twitter-dəki səhifəsində xəbər verib.

Bildirilir ki, terror aktı zamanı xəsarət alanların sayı yaxın saatlarda 100-ü ötə bilər. Kataloniya hökuməti yaralananların adlarını açıqlayıb.

Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir. Bundan əvvəl isə xəsarət alanların sayının 50 (digər yerli mətbu orqanlar bu rəqəmin 60, 80 olması haqda xəbər veriblər-red) nəfər olduğu bildirilirdi. Bundan əlavə, hadisə zamanı 13 nəfər ölüb.

Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını bildirib. 

17.08.2017 21:12

Barselonanın Rambla küçəsində mikroavtobusun kütləyə çırpılması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, Cadena Ser radiosu kataloniya polisindəki mənbəyə istinadən məlumat yayıb.

20:39

Barselonada Rambla küçəsində mikroavtobusu kütlənin üzərinə sürən sürücü hadisədən sonra türk restoranına daxil olaraq bir neçə nəfəri girov götürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, El Periodico nəşri TV-3 telekanalına istinadən məlumat yayıb.

20:35

Barselonanın mərkəzində mikroavtobusun kütləyə çırpılması nəticəsində ən azı iki nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, The Telegraph nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

İspaniya polisi Rambla küçəsində baş verən insidenti terror aktı kimi qiymətləndirib.

20:01

İspaniyanın Barselona şəhərində Rambla piyada küçəsində sürücü mikroavtobusu kütlənin üzərinə sürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə La Vanguardia nəşri məlumat yayıb.

Polisin məlumatına əsasən, insident zamanı bir neçə nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıblar. Yaxınlıqda yerləşən kafe və mağazaların sahiblərinə obyektləri bağlamaq göstərişi verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidə metro stansiyaları da bağlanıb.

El Pais nəşri xəbər verir ki, mikroavtobusun sürücüsü hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri