17 
Avq
2017
23:32
120
185
12151
Virtual karabakh

“Barselona terrorçularından” biri öldürülüb – YENİLƏNİB

17 Avq, 2017
23:32
12151

“Barselona terrorçularından” biri öldürülüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri atışma zamanı öldürülüb, digəri isə saxlanılıb. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyinin məlum olduğu bildirilmişdi.

Sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb. Onun Melilye şəhərində anadan olduğu və Ripol rayonunda yaşadığı qeyd olunur.

Polis hazırda saxlanılan şəxsin sosial şəbəkələrdəki əlaqələrini araşdırır.  

23:05

İspaniya polisi Barselonanın mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “El Periodico” nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub.

22:27

Barselona terrorunda şübhəli bilinən şəxslərdən birinin kimliyi müəyyənləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə El Pais qəzeti Twitter hesabında yazıb.

Nəşr terror aktında şübhəli bilinən Driss Ukabirin (Driss Oukabir) fotosunu da dərc edib.

Ukabirin adına terror aktı zamanı istifadə olunan mikroavtobus icarəyə götürülüb. Polis ehtimal edir ki, sükan arxasında məhz Driss özü olub. Məlumat hələlik təsdiqlənməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları insident yerindən uzaqlaşmaq üçün Vik şəhərində (Barselona yaxınılığında) saxlanılan ikinci mikroavtobusu da aşkarlayıblar.

Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzində Rambla küçəsində mikroavtobus piyadalara çırpılıb. Hadisə zamanı 13 nəfər ölüb, daha 32 nəfər isə yaralanıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri