18 
Avq
2017
11:14
29
144
5983
Virtual karabakh

İspaniyada növbəti terror aktı törədildi - YENİLƏNİB

18 Avq, 2017
11:14
5983

İspaniyada növbəti terror aktı törədildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya polisi Barselonada törədilmiş terror hücumu ilə əlaqədar daha bir şübhəli şəxsi Ripol şəhərində saxlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, İspaniyanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı iki şübhəlini saxlayıb, amma onlardan heç biri mikroavtobusun sürücüsü olmayıb, onun axtarışı davam edir.

Bununla yanaşı, istintaq çərçivəsində Kataloniyanın Kambrils şəhərində reydlər keçirilib. Yeni terror hücumunun hazırlanmasında şübhəli bilinən 4 nəfər məhv edilib, digər şübhəli aldığı güllə yaralarından ölüb.

08:56

İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadaların üzərinə sürüblər.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşının olduğu bildirilir.

Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanıb.  

Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri (kəmərə bərkidilmiş partlayıcı qurğu) aşkarlanıb. Onlar Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.  

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri