18 
Avq
2017
17:11
76
41
1368
Virtual karabakh

İspaniyada terror aktı ilə əlaqədar 4-cü şübhəli şəxs saxlanılıb

18 Avq, 2017
17:11
1368

İspaniyada terror aktı ilə əlaqədar 4-cü şübhəli şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniya polisi Barselona və Kambrils şəhərlərində törədilmiş terror aktları ilə əlaqədar 4-cü şübhəli şəxsi saxlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir, Kataloniyanın təcili yardım xidmətinin "Twitter" səhifəsində isə terror aktları ilə əlaqədar həlak olanların sayının 14-ə çatdığı barədə məlumat yerləşdirilib. Məlumata görə, Kambrils şəhərindəki hücum zamanı güllə yarası alan qadın xəstəxanada keçinib.

Kataloniya hökumətinin səhiyyə üzrə müşaviri Anthoni Komin "Catalunya Ràdio" radiostansiyasına verdiyi müsahibədə Barselonadakı terror hücumları nəticəsində yaralananların sayının 130-a çatdığını bildirib.

Onun sözlərinə görə, xəsarət alanların 16 nəfərinin vəziyyəti ağırdır.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri