18 
Avq
2017
19:12
29
161
2621
Virtual karabakh

Finlandiyada insanlara bıçaqlı hücum: 1 ölü, iki yaralı – YENİLƏNİB

18 Avq, 2017
19:12
2621

Finlandiyada insanlara bıçaqlı hücum: 1 ölü, iki yaralı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, avqustun 18-də, Reuters nəşri məlumat yayıb.

İnsident zamanı bir nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Polis cinayətkara bir neçə dəfə atəş açıb. Şahidlərin sözlərinə görə, şübhəli şəxs saxlanılıb. 

Hadisədən sonra paytaxt Helsinki və ölkənin digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər sakinlərinə evlərini tərk etməmək məsləhət görülüb.

18:16

Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib. 

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Turku şəhərində qeydə alınıb. 

Məlumatda xeyli sayda adamın yaralandığı, polisin hücum edən şəxsi zərərsizləşdirdiyi bildirilir.  

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri