19 
Avq
2017
02:33
313
30
10370
Virtual karabakh

Misirdə qədim Azərbaycana aid yazılar aşkarlanıb

19 Avq, 2017
02:33
10370

Misirdə qədim Azərbaycana aid yazılar aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Early Manuscripts Electronic Library” təşkilatının tədqiqatçıları Misirdə Sinay yarımadasında Müqəddəs Yelena adına kilsədə orta əsrlərdə Azərbaycanda yayılmış qədim alban dilində yazılar tapıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Atlantico” nəşri yazır

Nəşr qeyd edir ki, mətnlər 1300 ildən çox bir müddətdə ölü doğulmuş dananın dərisində yazılıb. Rahiblər limon suyu və digər inqridiyentlər vasitəsi ilə mətni siliblər ki, digər yazıları qeyd etsinlər. Lakin müasir texnologiyalar bu mətnləri oxumağa icazə verir. 

Nəşr təəssüf edir ki, mətni oxumaq olmayacaq, çünki qədim alban dili biizm eramızın əvvəllərində Azərbaycanda bir dil kimi itib. 

Mətnlərdən əlavə, tədqiqatçılar həmçinin Hippokratını reseptini aşkarlayıblar, lakin onu da tam oxumaq mümkün olmayacaq.

“Atlantico” bu tapıntıları “kiçik möcüzə” adlandırıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri