21 
Avq
2017
08:37
49
64
2797
Virtual karabakh

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu: Xəsarət alan və itkin düşənlər var

21 Avq, 2017
08:37
2797

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu: Xəsarət alan və itkin düşənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

“Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, - deyə məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.  

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri