21 
Avq
2017
11:39
13
74
6743
Virtual karabakh

Putinin “xələf”lərinin adları açıqlandı

21 Avq, 2017
11:39
6743

Putinin “xələf”lərinin adları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Peterburq siyasəti” fondu Rusiya prezidenti Vladimir Putinin 20 ən mümkün xələfinin reytinqini tərtib edib.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Reytinq tərtib edilərkən beş meyar – ictimailik, gözləmələr, fəallıq, münaqişəsizlik və “zəif subyektivlik” əsas götürülüb. Hər meyar da öz növbəsində beş ballıq şkala üzrə qiymətləndirilib.

Reytinqdə birinci yeri 21 balla baş nazir Dmitri Medvedev tutur. İkinci yerdə Moskva meri Sergey Sobyanin (19 bal), üçüncü yerdə isə Tula əyalətinin qubernatoru Aleksey Düminin (18 bal) adı çəkilir.

Siyahıda həmçinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Çeçenistanın başçısı Ramzan Kadırov və müxalifətçi  Aleksey Navalnının adları yer alıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri