21 
Avq
2017
17:05
585
26
4273
Virtual karabakh

Ermənistan ordusunun hərbçisi ölüb - YENİLƏNİB

21 Avq, 2017
17:05
4273

Ermənistan ordusunun hərbçisi ölüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 20-də hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürülüb. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Armenpres" agentliyinə xəbər verən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Hovannesyan yaxın vaxtlarda hərbi qulluqçunun öldürülməsi səbəbləri barədə rəsmi açıqlama veriləcəyini də bildirib. 

Erməni KİV-in əldə etdiyi məlumatda bildirilir ki, Andranik Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib. Onun əvvəl nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A.Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək intihar etdiyi iddia edilir. 

Hadisə ilə bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

12:33

Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib.

O, KİV-ə məsələ ilə bağlı ətraflı məlumat verəcəyini vəd edib. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri