21 
Avq
2017
14:11
20
122
4708
Virtual karabakh

Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşib

21 Avq, 2017
14:11
4708

Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün şəxsiyyətini müəyyənləşdirdiyini təsdiq edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sükan arxasında Mərakeş əsilli olduğu güman edilən Yunes Abuyaakubun olduğunu düşünür.

"Catalunya Radio" radiostansiyasına müsahibəsində Kataloniya hökumətinin daxili işlər üzrə müşaviri Joakim Forn bildirib ki, şübhəli şəxsin muxtariyyəti tərk etdiyi dəqiq olmasa da, o, Avropanın bütün ölkələrində axtarılır.

Qeyd edək ki, avqustun 17-də Barselonada mikroavtobus sürücüsü qəsdən avtomobili yoldan keçənlərin üzərinə sürüb, terror hücumu nəticəsində 14 nəfər həlak olub.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri