23 
Avq
2017
11:00
26
461
26957
Virtual karabakh

Nüsrət Gökçənin “erməni sevgisi” azərbaycanlıları qəzəbləndirdi – VİDEO

23 Avq, 2017
11:00
26957

Nüsrət Gökçənin “erməni sevgisi” azərbaycanlıları qəzəbləndirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk aşpaz Nüsrət Gökçenin öz "Instagram" hesabında paylaşdığı görüntülər azərbaycanlıların qəzəbinə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, videoda  Nüsrət ermənilərin “Migena” mahnısının sədaları altında rəqs edib.

Videoya 34 mindən çox istifadəçi şərh yazıb. Əksəriyyəti azərbaycanlılar olan istifadəçilər Nüsrətdən bu görüntüləri silməsini istəyiblər. Lakin Nüsrət Gökçə onların rəylərini nəzərə almayıb.

Qeyd edilir ki, Nüsrət hətta Bodrumdakı restoranında da erməni mahnılarını oxudub. Orada istirahət edən azərbaycanlılar isə buna etiraz əlaməti olaraq məkanı tərk ediblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Nüsrətin ermənilərə olan bu “sevgisini” anlamadıqlarını bildiriblər. Həmyerlilərimiz Türkiyədə erməni mahnılarını dinləmək məcburiyyətində qaldıqlarına görə narazıdırlar. 

Nüsrət Gökçə isə bildirib ki, "Instagram"da paylaşdığı videonu silməyəcək və Bodrumdakı restoranlarında hansı mahnını istəyir, onu da dinləyəcək.

Azərbaycanlılar sosial şəbəkələrdə kütləvi şəkildə Nüsrət Gökçəyə məxsus obyektlərdən uzaq durmağı təbliğ edirlər. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri