23 
Avq
2017
08:56
60
98
1886
Virtual karabakh

Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq

23 Avq, 2017
08:56
1886

Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.  

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb”, - deyə məlumatda bildirilir.

Şimali Koreya bundan əvvəl ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri