20 
Sen
2017
01:17
19
195
7017
Virtual karabakh

Meksikada güclü zəlzələ: Ölənlərin sayı artır – VİDEO + YENİLƏNİB

20 Sen, 2017
01:17
7017

Meksikada güclü zəlzələ: Ölənlərin sayı artır – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Benito Xuares adına hava limanının fəaliyyətini müvəqqəti dayandırılıb.

Meksikanın Morelos ştatında 7,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 42 nəfər ölüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Qrako Ramires bildirib.

Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb.

Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

Təkanlar paytaxt Mexikoda hiss olunub. Məlumata görə, Benito Xuares adına hava limanının  fəaliyyətini müvəqqəti dayandırılıb.

00:25

Meksikanın paytaxtı Mexikoda baş verən güclü zəlzələ nəticəsində 5 nəfər həyatını itirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat yerli KİV-də yayılıb.

İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 6,8 təşkil edib.

Zəlzələnin episentri Mexikonun şərqinə düşüb. Öz növbəsində bəzi kütləvi informasiya vasitələri maqnitudanın 7,4 olduğunu yazır.

Digər məlumatlar dəqiqləşdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri