23 
Avq
2017
11:09
16
71
2119
Virtual karabakh

Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb

23 Avq, 2017
11:09
2119

Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib.

İnformasiyaya əsasən, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, yaralıların 4-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri